Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağış səhər tədricən kəsiləcək, gündüz isə əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 14-17 dərəcə isti, dağlarda isə gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacaq.