6°C Bakı
1$ = 1.70₼
FƏRDİ

Azərbaycanda “Oceanman” yarışının ilk mərhələsi 2027-ci ildə keçiriləcək

30-oktyabr-2026, 00:27
Azərbaycanda “Oceanman” yarışının ilk mərhələsi 2027-ci ildə keçiriləcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycanda ilk “Oceanman” mərhələsi 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək.

“PostMedia” xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) vitse-prezidenti Jalə Əhmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.

Əhmədova federasiyanın üzgüçülüyə yalnız idman növü kimi deyil, insanların sağlamlığına müsbət təsir edən fəaliyyət kimi yanaşdığını bildirib. “Məqsədimiz hər kəsin üzməyi öyrənməsidir. İnsanlar 6 yaşında da, 80 yaşında da üzgüçülüklə məşğul ola bilərlər”, — deyə o vurğulayıb.

Vitse-prezident federasiyanın bu il “Oceanman” yarışını özü planlaşdırdığını, lakin Dünya Kubokuna və Avropa çempionatına ev sahibliyi etdiyi üçün bunu həyata keçirə bilmədiyini söyləyib. Təşkilatçıların bu təşəbbüslə çıxış etməsindən məmnunluq ifadə edən Əhmədova, federasiyanın layihənin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanda idmana dövlət dəstəyi əlverişlidir. Əhmədova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdiyi diqqətin bu sahədə daha geniş işlər görməyə həvəsləndirdiyini bildirib.

Yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən peşəkar idmançıların, üzgüçülük həvəskarlarının və qonaqların iştirakı gözlənilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031