6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

Naxçıvanda 12 sahibkarlıq subyektinə 163 təsdiqedici sənəd verilib

28-oktyabr-2026, 22:19
Naxçıvanda 12 sahibkarlıq subyektinə 163 təsdiqedici sənəd verilib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Naxçıvan Muxtar Respublikasında yanvar-sentyabr aylarında 12 sahibkarlıq subyektinə idxal əməliyyatları üçün 163 təsdiqedici sənəd verilib.

"PostMedia" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən sənədlərdən 7-si texnika, texnoloji avadanlıq və qurğuların, 156-sı isə xammal və materialların idxalı üçün nəzərdə tutulub.

Bu sənədlər əsasında Rusiya, Çin, Türkiyə, Almaniya, Cənubi Koreya, Avstriya, İran, İraq və Gürcüstandan texnika, texnoloji avadanlıq, qurğular, xammal və materiallar gətirilib.

Nazirliyin məlumatına görə, nəticədə qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, melamin plitələr, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031