Nyu-York ştatında qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ştat qubernatoru Keti Hokulun imzaladığı və Reuters agentliyinin istinad etdiyi sərəncamdan məlum olur.
" Bazar ertəsi Nyu-York ştatının qubernatoru Keti Hokul davam edən qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib", — deyə sərəncamda bildirilir.
Qeyd olunur ki, cari ildə ştatda xəstəliyin 108 halı qeydə alınıb. İyulun 15-dən etibarən Nyu-Yorkun 18 dairəsində 92 qızılca hadisəsi aşkarlanıb. Eyni zamanda, qonşu Pensilvaniyada 977 yoluxma halı qeydə alınıb. Onların əhəmiyyətli hissəsi Nyu-Yorkla sərhəddə yerləşən kənd rayonlarının payına düşüb.
Qubernatorun sərəncamı həmçinin qızılca, parotit və məxmərək əleyhinə hər bir peyvənd barədə məlumatların 72 saat ərzində ştatın və ya Nyu-York şəhərinin immunizasiya reyestrinə daxil edilməsini nəzərdə tutur.