2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,9 % azalaraq 1740,4 min nəfər olub.
"PostMedia" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, vətəndaşlarımızın 43,7 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çox), 14,6 %-i Rusiya Federasiyasına (1,9 % az), 13,2 %-i Gürcüstana (19,2 % çox), 4,9 %-i İrana (47,9 % az), 23,6 %-i isə digər ölkələrə (1,1 % az) gedib. Gedənlərin 64,3 %-ini kişilər, 35,7 %-ini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,0 %-i isə dəniz nəqliyyatından istifadə edib.