Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.
"PostMedia" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Daxili müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə uyğun dövlət qulluqçuları, eləcə də ləğv olunmuş və ya ştat ixtisarına düşən orqanlarda ehtiyat kadr kimi saxlanılan şəxslər iştirak hüququna malikdirlər. Müsahibələrdə birinci–üçüncü təsnifatlı vəzifələr və bəzi 2-ci kateqoriya orqanlarının dördüncü təsnifatına uyğun vəzifələr (şöbə müdirləri, müşavir və köməkçilər) üzrə iddiaçıların iştirakı nəzərdə tutulub.
Daxili müsahibədə iştirak üçün onlayn qeydiyyat zamanı ali təhsil haqqında sənəd və əmək kitabçasının surətinin skan variantı müraciət formasına əlavə edilməlidir. Namizədlər 1 yanvar 1-ci il tarixindən 1 yanvar 1-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı texniki problemlər üçün əlaqə: Elektron imtahanlar və müsahibələrin təşkili departamenti, Tel.: (012) 310 53 16 (daxili 2508, 2506); e-mail: [email protected]. Müsahibə elanları, vəzifə təlimatları və proqramlarla bağlı: Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti, Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected].
Müsahibənin məqsədi namizədin bilik səviyyəsini, peşə hazırlığını və vakant vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Hər meyar üzrə 2–5 bal verilir, namizəd maksimum 20 bal toplaya, keçid balı 16 olaraq müəyyən edilib. Müsahibələrin vaxtı və yeri sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək. Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat üçün www.dim.gov.az saytına müraciət edilə bilər.