ABŞ Prezidenti Donald Tramp seçki saxtakarlığı barədə məlumat verənlərə pul mükafatı vəd edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
“Əvvəlki seçkilərdə və ya 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə seçki saxtakarlığı barədə məlumat verən hər kəs saxtakarlıq edən şəxslərin həbsindən və məhkum edilməsindən sonra 1 milyon dollar alacaq”, - deyə Tramp bildirib.