6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Putin Rusiya hökumətində dəyişikliklər edib

22-oktyabr-2026, 16:05
Putin Rusiya hökumətində dəyişikliklər edib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibində genişmiqyaslı kadr dəyişikliklərini təsdiqləyib. Dəyişikliklər baş nazir müavinlərinin vəzifələrinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə şamil olunub.

"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təsdiqlənən əsas dəyişikliklər bunlardır:

  • Yuri Trutnev baş nazirin müavini və prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edilib.

  • Oleq Kojemyako baş nazirin müavini və prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

  • Dmitri Qriqorenko baş nazirin müavini və hökumət aparatının rəhbəri vəzifələrindən ayrılıb.

  • İrina Okladnikova baş nazirin müavini və hökumət aparatının rəhbəri təyin edilib.

  • Anton Siluanov maliyyə naziri vəzifəsini saxlamaqla yanaşı, baş nazirin müavini təyin olunub.

  • Andrey Nikitin baş nazirin müavini təyin edilib. Bununla əlaqədar o, nəqliyyat naziri vəzifəsindən ayrılıb.

  • Dmitri Yadrov, “Rosaviasiya”nın rəhbəri, yeni nəqliyyat naziri təyin olunub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031