Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı nefti bahalaşmaqda davam edir.
“PostMedia” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 0,97 % artaraq 119,68 dollar olub.
Xatırladaq ki, builki dövlət büdcəsində neftin qiyməti 70 dollar/barel olaraq götürülüb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.