6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İrana yardım göstərməkdə ittiham olunan Yunanıstan və Panama şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

22-oktyabr-2026, 01:10
ABŞ İrana yardım göstərməkdə ittiham olunan Yunanıstan və Panama şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:

ABŞ Maliyyə Nazirliyi Panama şirkətinə və Yunanıstanın “Karnakis and Karnakis” hüquq firmasına qarşı sanksiyalar tətbiq edib.

"PostMedia"nın “Reuters” agentliyinə istinadən məlumatına görə, onlar uzun illər İranın gəmiçilik sektoruna dəstək göstərməkdə ittiham olunurlar.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) İranla mümkün əlaqələrin araşdırılması çərçivəsində Yunanıstan banklarından birinə inzibati sorğu göndərib. Bankın adı açıqlanmır.

FinCEN, həmçinin ABŞ sanksiyaları altında olan İranın maliyyə qurumları ilə əlaqələrinə dair məlumat almaq məqsədilə daha altı Avropa bankına sorğular göndərib.

Bu tədbirlər İranın maliyyə kanallarını məhdudlaşdırmaq və sanksiyalardan yayınmasının qarşısını almaq məqsədi daşıyan ABŞ-nin “İqtisadi təcrid” əməliyyatının bir hissəsidir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031