6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməyi məsələsindən xəbərsizdir

21-oktyabr-2026, 16:54
Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməyi məsələsindən xəbərsizdir
Yazı Ölçüsü:

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfinə keçməsi barədə məlumatının olmadığını bildirib.

"PostMedia" xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.

Qeyd edək ki, Mirzoyan səhər saatlarından etibarən Milli Assambleyada TRIPP layihəsini təqdim edir.

Çobanın sərhədi keçməsi barədə məlumatı KİV yayıb, lakin bu xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Mirzoyan azərbaycanlı hərbçi ilə bağlı insidentə də münasibət bildirib.

Nazir vurğulayıb ki, yolunu azmış şəxslərin vətənə qaytarılmasından danışmaq mümkün olsa da, bu hadisədə vəziyyət tamamilə fərqlidir.

“Cinayət baş verib və bu, vəziyyətin mənzərəsini tamamilə dəyişir”, – deyə Mirzoyan bildirib. O əlavə edib ki, Ermənistan qanunvericiliyində nəzərdə tutulan bütün prosedurlara əməl olunmalıdır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031