6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏTL

Nyu-Yorkun mərkəzində qadın yoldan keçənlərə bıçaqla hücum edib

01-sentyabr-2026, 10:32
Nyu-Yorkun mərkəzində qadın yoldan keçənlərə bıçaqla hücum edib
Yazı Ölçüsü:

Nyu-Yorkun mərkəzində, "Tayms" meydanında qadın iki nəfəri bıçaqladıqdan sonra polis əməkdaşları tərəfindən güllələnib.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Nyu-York Polis Departamentinin məlumatına görə, Kvinsdə yaşayan 49 yaşlı qadın çantasından iki mətbəx bıçağı çıxararaq metrodan çıxan və həyat yoldaşı ilə birlikdə küçəni keçmək üçün gözləyən 68 yaşlı kişiyə hücum edib.

"PostMedia" xəbər verir ki, bir neçə saniyə sonra qadın 32 yaşlı başqa bir qadını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. 32 yaşlı qadın aldığı xəsarətlər nəticəsində ölüb, 68 yaşlı kişinin vəziyyətinin stabil olduğu bildirilir.

Hadisə polis bölməsinin yaxınlığında, "One Times Square" binasının yanında baş verib. AP-nin məlumatına görə, bu ərazi şəhərin ən çox ziyarət edilən və nəzarətdə saxlanılan məkanlarından biridir.

Şahidlərin çəkdiyi görüntülərdə hücum edən qadının ətrafında təxminən 10 polis əməkdaşının toplandığı görünür. Polis bir neçə dəqiqə ərzində qadını bıçaqları yerə atmağa inandırmağa çalışıb. Daha sonra ona elektroşok cihazı tətbiq edilib, lakin bu da nəticə verməyib. Qadın bıçaqları yelləyərək polis əməkdaşlarına doğru hərəkət etdikdən sonra polis atəş açıb.

Nyu-York Polis Komissarı Cessika Tiç bildirib ki, qadında əvvəllər psixi pozuntu epizodları qeydə alınıb, lakin onun daha əvvəl həbsi olmayıb. Hadisənin terror motivi daşıdığına dair heç bir əlamət aşkarlanmayıb.

Nyu-York meri Zöhran Məmdani şəhərin zərərçəkənlərin ailələrinə dəstək göstərəcəyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930