6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Mirzoyan: "Sülh sazişinin tezliklə imzalanması hökumətimizin öhdəliyidir"

22-oktyabr-2026, 12:09
Mirzoyan: "Sülh sazişinin tezliklə imzalanması hökumətimizin öhdəliyidir"
Yazı Ölçüsü:

Sülh sazişinin tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan oktyabrın 22-də hökumətin iclasında bildirib.

“Biz bu sənədin imzalanmasını və ratifikasiya olunmasını görmək istəyirik, çünki kommunikasiyalar təkcə iqtisadi komponentə malik deyil, həm də sülhün möhkəmləndirilməsi missiyasını daşıyır”, - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan da sülh sazişinin mümkün qədər tez imzalanmasının zəruri olduğunu bildirib.

O, sənədin 2031-ci ildə imzalanacağını bəyan etdiyi barədə yayılan məlumatları təkzib edib. “Mən 2031-ci ilədək demişəm”, - deyə baş nazir dəqiqləşdirib. O, seçkilərin nəticələrinə əsasən verilən mandatın beş il müddətinə hesablandığını nəzərdə tutduğunu bildirib.

“Lakin prosesin uzadılması planlarımıza daxil deyil”, - deyə Paşinyan əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031