6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Putin və Uitkoff arasında danışıqlar başa çatıb: Rusiya Habbardı azad edib

21-oktyabr-2026, 17:05
Putin və Uitkoff arasında danışıqlar başa çatıb: Rusiya Habbardı azad edib
Yazı Ölçüsü:

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüş başa çatıb.

"PostMedia"nın “Kommersant”a istinadən yaydığı məlumata görə, danışıqlar başlamazdan əvvəl Putin Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habbardın azadlığa buraxıldığını açıqlayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı Donald Trampın xahişi və 74 yaşlı kişinin səhhəti ilə izah edib.

“Birinci səbəb Prezident Trampın xahişidir. İkincisi isə onun səhhətidir. O, sağlam insan deyil və Rusiyaya gəlməzdən əvvəl də səhhəti yaxşı olmayıb. Humanist mülahizələri rəhbər tutaraq belə bir qərar qəbul edildi”, - Peskov Birinci kanala müsahibəsində bildirib.

Daha sonra Tramp son telefon danışığı zamanı Putindən Habbardın azad edilməsini şəxsən xahiş etdiyini təsdiqləyib. Habbardın azadlığa buraxılması barədə açıqlama verilən zaman o, “Pulkovo” hava limanında olub.

Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində, yaşayış məntəqəsi Rusiya qoşunlarının nəzarətinə keçdikdən sonra saxlanılıb. 2024-cü ildə o, muzdluluq ittihamı ilə ümumi rejimli cəzaçəkmə koloniyasında 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın versiyasına görə, Habbard İzyum ərazi müdafiə batalyonu ilə müqavilə bağlayıb. O, 2014-cü ildə mülki həyat yoldaşının yanına, Xarkov vilayətinə köçüb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031