Özbəkistanda Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Əbədi qardaşlıq-V” xüsusi təyinatlı qüvvələrin çoxmillətli hərbi təlimləri keçirilib.
"PostMedia" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, təlimlər zamanı üç ölkənin xüsusi təyinatlı bölmələri arasında təcrübə mübadiləsinə, həmçinin birgə əməliyyatların planlaşdırılması və həyata keçirilməsi zamanı onların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə əsas diqqət yetirilib.
Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin məqsədlərindən biri “regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, eləcə də üç ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi” olub.