6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Dünyada gözlənilən ömür uzunluğu 73,3 yaşa yüksəlib – ÜST

02-oktyabr-2026, 22:45
Dünyada gözlənilən ömür uzunluğu 73,3 yaşa yüksəlib – ÜST
Yazı Ölçüsü:

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə yaxınlaşıb.

"PostMedia" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST 2000-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilən ömür uzunluğu, ölüm və xəstələnmə göstəricilərini, eləcə də xəstəliklərin dinamikasını qiymətləndirib.

“Təşkilatın məlumatına görə, 2023-cü ildə dünyada gözlənilən ömür uzunluğu 73,3 yaşa yüksələrək pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşıb. Lakin sağlam ömür uzunluğu hələ də 2019-cu il göstəricisindən aşağıdır.

Hazırda dünyada bütün ölüm hallarının 74 faizi qeyri-infeksion xəstəliklərin payına düşür. 2000-ci ildə bu göstərici 58 faiz olub.

Eyni zamanda, demensiyadan ölüm halları üç dəfə artıb, təşviş pozuntuları və depressiya ilə əlaqəli sağlamlıq itkiləri isə pandemiyanın başlanmasından sonra kəskin şəkildə yüksəlib.

2023-cü ildə dünyada qeydə alınan 61 milyon ölüm halının 33 milyonu ölümün 10 əsas səbəbinin payına düşüb. Bu 10 əsas səbəbdən səkkizi qeyri-infeksion xəstəliklər olub.

ÜST qeyd edib ki, ölüm hallarının əsas səbəbləri arasında ürək-damar xəstəlikləri, o cümlədən ürəyin işemik xəstəliyi və insult, eləcə də tənəffüs sistemi xəstəlikləri, o cümlədən xroniki obstruktiv ağciyər xəstəliyi və aşağı tənəffüs yollarının infeksiyaları yer alıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031