6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Rusiya Ermənistanın dəmir yolu hissələrinin bərpası təklifinə cavabını gözləyir

02-oktyabr-2026, 17:33
Rusiya Ermənistanın dəmir yolu hissələrinin bərpası təklifinə cavabını gözləyir
Yazı Ölçüsü:

Rusiya Ermənistanın “Rusiya Dəmir Yolları”nın konsessiyasında olan Yeraşxdan Naxçıvan sərhədinədək və Gümrüdən Türkiyə sərhədinədək uzanan iki dəmir yolu hissəsinin bərpası ilə bağlı təklifə İrəvanın cavabını gözləyir.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu gün Ermənistan dəmir yolunun “Rusiya Dəmir Yolları”nın konsessiyasında olan iki kiçik hissəsinin tikintisi və bərpası ilə bağlı məsələ də müzakirə edildi. Biz bu iki hissənin bərpasını dəstəklədiyimizi və Ermənistana məhz Yeraşxdan Naxçıvanadək və Gümrüdən Türkiyə sərhədinədək nəqliyyat əlaqəsinin təmin olunması baxımından iştirak etməyə və dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırdıq”, – Overçuk jurnalistlərə deyib.

O dəqiqləşdirib ki, “bu qərarlar ölkə Prezidenti səviyyəsində hələ yanvar ayında qəbul edilib və biz burada Ermənistan tərəfinin buna necə reaksiya verəcəyini gözləyirik”.

“Lakin düşünürəm ki, yaxın vaxtlarda bu məsələni irəli aparacaq çox mühüm görüşlər keçirilməlidir”, – Overçuk əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031