6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Gürcüstandan ən çox qoyun alan ikinci ölkəyik

21-oktyabr-2026, 13:05
Gürcüstandan ən çox qoyun alan ikinci ölkəyik
Yazı Ölçüsü:

2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 2 946 ton diri qoyun ixrac edilib. İxracın dəyəri 8,159 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Gürcüstanın diri qoyun ixrac etdiyi ölkələr arasında Səudiyyə Ərəbistanından sonra ikinci yerdə qərarlaşıb.

“PostMedia” xəbər verir ki, “BusinessPressNews” nəşri Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən məqalə hazırlayıb.

Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Gürcüstanın diri qoyun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28,4% artıb.

Belə ki, hesabat dövründə ölkədən ümumilikdə 26,253 milyon dollar dəyərində 7 097 ton diri qoyun ixrac edilib. 2025-ci ilin eyni dövründə isə ixracın dəyəri 20,445 milyon dollar, həcmi 6 618 ton olub.

Gürcüstanın diri qoyun ixracında Azərbaycanın payı 31% təşkil edib. Ən böyük pay isə 32%-lə Səudiyyə Ərəbistanının hesabına düşüb.

2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan diri qoyun ixrac edilən əsas ölkələr:

  • Səudiyyə Ərəbistanı – 8,408 milyon dollar, 1 782 ton;
  • Azərbaycan – 8,159 milyon dollar, 2 946 ton;
  • İraq – 4,321 milyon dollar, 1 104 ton;
  • Qətər – 2,222 milyon dollar, 481,6 ton;
  • Küveyt – 2,015 milyon dollar, 538 ton;
  • Liviya – 1,019 milyon dollar, 188,7 ton;
  • Özbəkistan – 105,2 min dollar, 56,8 ton.

Qeyd edək ki, diri qoyunun orta ixrac qiyməti illik müqayisədə 19,4% artıb. 2026-cı ilin yanvar-sentyabr aylarında bir kiloqram diri qoyunun orta ixrac qiyməti vergilər nəzərə alınmadan 3,7 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 3,1 dollar olub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031