6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Roma Papası Putinlə telefon danışığı aparıb

16-oktyabr-2026, 16:39
Roma Papası Putinlə telefon danışığı aparıb
Yazı Ölçüsü:

Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ordusunun nəzarətində olan Xerson vilayətinin Alyoşki şəhərində atəşkəs elan edilməsinə çağırıb. Məqsəd bölgəyə humanitar yardımın çatdırılmasını təmin etməkdir.

"PostMedia" xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Müqəddəs Ata Xerson vilayətinin Alyoşki şəhərindəki ağır humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ərzaq məhsulları ilə dərmanların çatdırılmasına, həmçinin mülki əhalinin könüllü və təhlükəsiz təxliyəsinə imkan yaratmaq üçün atəşkəs elan edilməsinə çağırıb”, – məlumatda bildirilib.

Vatikan əlavə edib ki, söhbətin sonunda Papa Müqəddəs Taxt-Tacın dialoqun və sülhün təşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Telefon danışığı barədə Kremlin mətbuat xidməti də məlumat yayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031