6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Co Bayden xərçəng olması ilə bağlı xəbərlər yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

10-avqust-2026, 00:22
Co Bayden xərçəng olması ilə bağlı xəbərlər yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Yazı Ölçüsü:
ABŞ-nin keçmiş prezidenti Co Bayden prostat xərçənginin yayıldığı barədə oğlu Hanter Baydenin açıqlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
83 yaşlı Bayden şənbə günü Delaver ştatının Uilminqton şəhərindəki Müqəddəs İosif kilsəsində keçirilən ibadətdə iştirak edib. Mərasimdən sonra keçmiş prezident ABŞ Məxfi Xidmətinin əməkdaşlarının müşayiəti ilə avtomobilinə yollanıb. Bayden kilsə üzvləri ilə ünsiyyət saxlayıb və avtomobilə minərkən gülümsəyib.
Hanter Bayden həftə ərzində BBC-yə müsahibəsində atasının xəstəliyinin sümüklərə yayıldığını və güclü ağrılara səbəb olduğunu bildirib. Onun sözlərinə görə, atasının vəziyyətini izləmək ailə üçün “çox ağırdır”.
Baydenə xərçəng diaqnozu 2025-ci ilin mayında, "Ağ Ev"dən ayrılmasından bir neçə ay sonra qoyulub. Keçmiş prezident şüa və hormon terapiyası müalicəsi alıb.
ABŞ-nin keçmiş birinci xanımı Cil Bayden isə daha əvvəl bildirib ki, xəstəlik sümüklərə yayıldığı üçün həyat yoldaşı, ehtimal ki, ömrünün sonuna qədər xərçənglə mübarizə aparmalı olacaq.
Səhhətindəki problemlərə baxmayaraq, Bayden ictimai tədbirlərdə iştirak etməyə davam edir. Hanter Baydenin sözlərinə görə, keçmiş prezident ölkədə baş verən hadisələri yaxından izləməyə davam edir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31