Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian Türkmənistanda keçirilən ayrı-ayrı görüş zamanı əməkdaşlıq formatlarını, o cümlədən enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.
"PostMedia" “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Burada müxtəlif sahələrdə əməkdaşlıq formatları ilə bağlı məsələlər var və onlar müzakirə olunub. Söhbət enerji və bir çox digər sahələr üzrə müxtəlif formatlarda əməkdaşlıqdan gedir”, – Peskov əlavə edib.