6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Tbilisidə kafedəki müştərilərin üzərinə eyvandan sidik ifraz edən Rusiya vətəndaşı 15 gün həbs ediləcək və deportasiya olunacaq

30-sentyabr-2026, 20:56
Tbilisidə kafedəki müştərilərin üzərinə eyvandan sidik ifraz edən Rusiya vətəndaşı 15 gün həbs ediləcək və deportasiya olunacaq
Yazı Ölçüsü:

Tbilisi Şəhər Məhkəməsi Rusiya vətəndaşı Aleksandr Popovu yaşayış kompleksinin ərazisində yerləşən kafedə oturan insanların üzərinə eyvandan sidik ifraz etdiyi təsdiqləndikdən sonra 15 sutka inzibati həbs və Gürcüstandan deportasiya cəzasına məhkum edib.

"PostMedia" xəbər  verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

Bundan əlavə, onun üç il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

Popov təqsirini etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib. “Sizə söz verirəm ki, belə bir hal bir daha təkrarlanmayacaq”, - deyə o, məhkəmə iclasında bildirib.

Rusiya vətəndaşının sözlərinə görə, o, dostunun evində qonaq olub və sərxoş vəziyyətdə imiş. O, tualetdən istifadə etmək istədiyini, lakin tualetin dostunun hamilə həyat yoldaşı tərəfindən tutulduğunu deyib. Bundan sonra Popovun sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin ona qarşı irəli sürdüyü əməli törədib.

Rusiya vətəndaşı məhkəməyə həmçinin Tbilisidə mənzilinin olduğunu və hazırda həmin mənzildə təmir işləri apardığını bildirib. O, işləri başa çatdırmaq üçün Gürcüstanda qalmasına icazə verilməsini xahiş edib.

Hakim Tornike Kapanadze bildirib ki, təqsirin etiraf edilməsi və peşmanlıq yüngülləşdirici hallardır. Bununla belə, onun sözlərinə görə, Popovun izahı normal cəmiyyətdə belə bir hərəkətə bəraət qazandıra bilməz.

Popov bir gün əvvəl Tbilisidə saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, insident Ortacala rayonunda baş verib. Kişi yaşayış kompleksinin ərazisində yerləşən kafedəki müştərilərin üzərinə eyvandan sidik ifraz edib.

Rusiya vətəndaşı Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166-cı və 171-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031