Süni intellekt sahəsində fəaliyyət göstərən Amerikanın “SpaceXAI” şirkəti ABŞ Prezidenti Donald Trampın sərəncamından sonra adını dəyişəcək.
”PostMedia” xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin sahibi İlon Mask oktyabrın 4-də məlumat verib.
“Bəli, belə bir dəyişiklik edəcəyik”, – o, “X” sosial şəbəkəsinin istifadəçilərindən birinin müvafiq sualına cavab olaraq yazıb.
“SpaceXAI” şirkətinin adının dəyişdirilməsi qərarı Trampın ABŞ-ın rəsmi sənədlərində və ictimai kommunikasiyalarında “süni intellekt” terminini “super zəka” ifadəsi ilə əvəz etməyi nəzərdə tutan sərəncamından sonra qəbul edilib.
Sentyabrın 25-də Tramp “süni intellekt” ifadəsinin əvəzinə “super zəka” terminindən istifadə edilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, bu ifadə müasir texnologiyaları daha dəqiq təsvir edir. ABŞ lideri bu barədə Vaşinqtonda Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlardan sonra danışıb.
Xatıraladaq ki, bir neçə gün öncə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” arasında müqavilə imzalanıb.