6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Kallas: "Aİ Rusiyaya qarşı sanksiyalar siyahısına 1600-ə yaxın yeni əlavə təsdiqləyib"

12-oktyabr-2026, 13:16
Kallas: "Aİ Rusiyaya qarşı sanksiyalar siyahısına 1600-ə yaxın yeni əlavə təsdiqləyib"
Yazı Ölçüsü:

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri sanksiyalar siyahısına 1600-ə yaxın yeni əlavə təsdiqləyiblər. Bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksinə qarşı yönəlib.

"PostMedia" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas X sosial şəbəkəsində məlumat verib.

“Bu, Rusiyanın başladığı müharibənin başlanmasından bəri sanksiyalar siyahımızın ən genişmiqyaslı genişləndirilməsidir. Avropa növbəti dəfə birlik nümayiş etdirir. Yeni sanksiyaların yarıdan çoxu ballistik raketlərin istehsal zəncirinə aiddir”, – deyə o yazıb.

Kallasın sözlərinə görə, Aİ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və bahalaşdırır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031