İranın daxili işlər naziri Eskəndər Mömini azərbaycanlı həmkarı Vilayət Eyvazovun dəvəti ilə rəsmi səfər çərçivəsində Bakıya gəlib.
"PostMedia"nın “Tasnim”ə istinadən verdiyi məlumata görə, hava limanında Möminini Azərbaycanın daxili işlər naziri qarşılayıb.
Səfər çərçivəsində azərbaycanlı rəsmilərlə görüşlər nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən təhlükəsizlik və sərhəd münasibətləri sahələrinə aid məsələlər müzakirə olunacaq.
İranlı naziri Ərdəbil və Gilan vilayətlərinin qubernatorları, Böhran Vəziyyətlərinin İdarə Edilməsi Təşkilatının rəhbəri və digər rəsmi şəxslər müşayiət edirlər.