6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığın inkişafını davam etdirmək barədə razılaşıb

06-oktyabr-2026, 10:15
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığın inkişafını davam etdirmək barədə razılaşıb
Yazı Ölçüsü:

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşünü keçirib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika istiqamətlərində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər.

Görüşdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların və Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında qəbul edilmiş qərarların icra vəziyyəti nəzərdən keçirilib.

Qarşılıqlı əmtəə dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkənin iqtisadi subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş əlavə tədbirlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafına və yükdaşımaların genişləndirilməsinə, həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindən istifadənin davam etdirilməsinə və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetiriblər.

Tərəflər Azərbaycan və Rusiya üçün praktiki maraq kəsb edən qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin qarşılıqlı maraq doğuran istiqamətlərdə iqtisadi əməkdaşlığın gələcək inkişafı üzrə işi davam etdirməyin vacibliyini vurğulayıblar.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031