6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SAĞLAMLIQ | Hadisə

Həkim əməliyyat olunan anama “oğlun pulu ödəmir” dedi - Mərkəzi Klinikada nə baş verib?

22-sentyabr-2026, 12:12
Həkim əməliyyat olunan anama “oğlun pulu ödəmir” dedi - Mərkəzi Klinikada nə baş verib?
Yazı Ölçüsü:

Anası infarkt keçirən şəxs Mərkəzi Klinikada üzləşdiyi xoşagəlməz durumdan danışıb.

"PostMedia" "Xitab24.az"a istinadən xəbər verir ki, Təbriz Məmmədov klinikadan şikayətlənib, həkim Firdovsi İbrahimov tərəfindən təhqirlərə məruz qaldığını iddia edib.

"Anam infarkt keçirdi. Gecə saat 2-də öz maşınımla xəstəxanaya apardım. Daha sonra təcili şəkildə Mərkəzi Klinikaya göndərildi. Səhər saatlarında isə məndən əlavə ödəniş tələb olundu. Əvvəlcə məndən 2500 AZN tələb edildi. Etiraz etdikdən sonra məbləğ 1900 AZN-ə endirildi, daha sonra isə 1600 AZN-də dayandı. Mən pul ödəməkdən imtina etmədim. Sadəcə soruşdum ki, bu 1600 manat hansı tibbi xidmətin qarşılığıdır? Əgər sığorta qarşılamırsa, mənə bunu yazılı şəkildə göstərin.

Lakin bu sadə sualın cavabını yazılı şəkildə vermək əvəzinə, Mərkəzi Klinikada həkim Firdovsi İbrahimov tərəfindən mənə qarşı təhqiramiz ifadələr işlədildi.

Mənə deyilən sözləri olduğu kimi yazıram: “Sən bazar adamısan”, “sən alçaqsan”, “şərəfsizsən” və digər təhqiramiz ifadələr.

Mən həkimə qarşı bir dəfə də olsun təhqir işlətmədim. Sadəcə anamın müalicəsi üçün tələb olunan ödənişin rəsmi əsasını soruşdum".

Təbriz Məmmədov iddia edib ki, məsələnin ən ağır tərəfi bundan sonra baş verib:

"Anam infarkt keçirmişdi, ürəyinə müdaxilə olunmuş və stent qoyulmuşdu. Belə ağır vəziyyətdə olan xəstənin yanında mənimlə bağlı “oğlun pulu ödəmir”, “oğlun səni istəmir” məzmununda danışılması mənim üçün qəbuledilməzdir. Mərkəzi Klinikaya insan ən ağır günündə, yaxınını xilas etmək üçün gedir. O anda ailəyə əlavə stress və təhqir yaşatmaq yox, dəstək göstərilməlidir. Mən heç kimdən xüsusi münasibət istəmirəm. Pulsuz xidmət də tələb etmirəm. Pul tələb olunursa — hansı xidmətə görə olduğunu və rəsmi əsasını göstər".

Vətəndaş hadisə ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət etdiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930