Dünya gübrə bazarı Yaxın Şərqdəki münaqişənin nəticələrini hiss etməkdə davam edir. Hörmüz boğazında vəziyyətin qeyri-müəyyən olması səbəbindən gübrələrin tədarükü də risk altında qalır.
"PostMedia" u barədə "Rabobank" məlumat yayıb.
"RaboResearch" tərəfindən hazırlanan gübrələrin əlçatanlığı indeksi Yaxın Şərqdə münaqişənin başlamasından sonra qeydə alınan minimum göstəricilərlə müqayisədə yaxşılaşıb. Lakin gübrələr fermerlər üçün hələ də həddindən artıq baha olaraq qalır.
Bu barədə "Aqroeksport" məlumat yayıb.
Ən mürəkkəb vəziyyət fosfat bazarında yaranıb. "RaboResearch"in məlumatına görə, fosfatların əlçatanlığı indeksi -0,59 təşkil edir.
Analitiklərin fikrincə, El-Ninyo ilə bağlı risklər, resurs xərclərinin artması və Qara dəniz regionundan ixracla bağlı problemlər qeyri-müəyyənliyi daha da artıra və növbəti 6-12 ay ərzində qiymətlərin son ticarət diapazonunun yuxarı həddinə yaxın qalmasına səbəb ola bilər.