Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 19-da ölkə sərhədini Azərbaycan vətəndaşının keçdiyini təsdiqləyib.
"PostMedia" Ermınistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə adıçəkilən qurum məlumat yayıb.
“2026-cı il oktyabrın 19-da saat 17:50 radələrində Ermənistan ərazisində, Tavuş vilayətində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımov aşkarlanıb.
Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının Ermənistan ərazisinə yolu azdığı üçün daxil olduğu müəyyən edilib.
Azərbaycan vətəndaşının geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülür”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.