6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SAĞLAMLIQ

Roma Papasının ağciyərindəki düyün çıxarıldı

14-oktyabr-2026, 02:30
Roma Papasının ağciyərindəki düyün çıxarıldı
Yazı Ölçüsü:

Roma Papası XIV Leonun ağciyərindəki kiçik düyünün çıxarılması əməliyyatı uğurla başa çatıb. Pontifik Romanın “Cemelli” klinikasındakı palatasına qayıdıb.

"PostMedia" xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

“Əməliyyat uğurla, nəzərdə tutulan müddətdə və plana uyğun şəkildə başa çatıb. Müqəddəs Ata palatasına qayıdıb”, — deyə Vatikanın bəyanatında bildirilir. Papanın səhhəti ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı vəd edilib.

Oktyabrın 13-də, çərşənbə axşamı, 71 yaşlı XIV Leon törəmənin çıxarılması üçün Romanın Aqostino Cemelli adına universitet klinikasına aparılıb. Əməliyyat professorun rəhbərlik etdiyi döş qəfəsi cərrahları qrupu tərəfindən həyata keçirilib.

Pontifik ağciyərində düyün aşkarlandığını oktyabrın 11-də, bazar günü keçirilən “Anjelus” duasından sonra açıqlayıb. Onun sözlərinə görə, törəmə yaxın vaxtlarda aparılan tibbi müayinələr zamanı erkən mərhələdə aşkarlanıb. Həkimlər düyünün çıxarılmasını tövsiyə ediblər və Papa onların məsləhətinə əməl etmək qərarına gəlib.

Bununla belə, Vatikan hələlik törəmənin xoşxassəli, yoxsa bədxassəli olduğunu açıqlamayıb. Reuters agentliyinin məlumatına görə, əməliyyat həkimlərə növbəti addımları və əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirməyə kömək etməlidir.

XIV Leonun xəstəxanada təxminən bir həftə qalacağı gözlənilir. Onun iştirakı ilə keçirilməsi planlaşdırılan bütün ictimai tədbirlər oktyabrın 20-dək ləğv edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031