6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İsrail prezidenti "Flydubai" reysindəki dörd israillini mülki qəhrəmanlıq medalı ilə təltif edəcək

01-oktyabr-2026, 13:04
İsrail prezidenti "Flydubai" reysindəki dörd israillini mülki qəhrəmanlıq medalı ilə təltif edəcək
Yazı Ölçüsü:

İsrail Prezidenti İsxak Hersoq sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsində baş verən insident zamanı faciənin qarşısının alınmasına kömək edən dörd israillini “Mülki qəhrəmanlığa görə” prezident medalı ilə təltif etməyi planlaşdırır.

"PostMedia" xəbər verir ki, bu barədə Hersoqun administrasiyası məlumat yayıb.

Söhbət Tsvika Manes, Şota Musayev, Asaf Racuani və Yaniv Hayondan gedir.

“İsrail prezidenti Dubaydan yola düşən reysdə faciənin qarşısının alınmasına kömək edən dörd israillinin ən yüksək mülki qəhrəmanlıq mükafatına təqdim edilməsinə qərar verib. Bu medal göstərilən cəsarətə görə İsrailin ən yüksək mülki mükafatıdır. O, ən ağır məqamda öz həyatlarını riskə ataraq başqalarını xilas edən insanlara dövlətin minnətdarlığını simvolizə edir”, – bəyanatda qeyd olunub.

Prezident administrasiyasından bildirilib ki, mükafat İsxak Hersoq tərəfindən öz həyatlarını riskə ataraq və qarşılıqlı yardımın yüksək şüurunu nümayiş etdirərək müstəsna cəsarət göstərən və insanların həyatını xilas edən şəxsləri təltif etmək məqsədilə təsis edilib.

Qurumdan bildirilib ki, təltiflə bağlı qərar hər bir hadisənin ayrıca araşdırılmasından və prezidentin formalaşdırdığı məsləhətçi komissiyanın rəyindən sonra qəbul edilir. Son illərdə bu medala 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun dəf edilməsində fərqlənən israillilər də layiq görülüb.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsindən qaçırılma siqnalı verilib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib. Aviaşirkətin mətbuat xidməti bütün sərnişinlərin təhlükəsiz olduğunu açıqlayıb.

İsrailin 12-ci telekanalının məlumatına görə, insidentə iki pilot arasında yaranan mübahisə və əlbəyaxa dava səbəb olub. “i24News” şahidlərə istinadən pilotlardan birinin bıçaqlandığını bildirib.

İsrailin müdafiə naziri İsrael Kats isə baş verənləri terror aktına cəhd kimi qiymətləndirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031