6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pentaqon ABŞ-də aralıq seçkilərindən əvvəl İrana zərbələr endirmək planları hazırlayır

08-oktyabr-2026, 08:53
Pentaqon ABŞ-də aralıq seçkilərindən əvvəl İrana zərbələr endirmək planları hazırlayır
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən əvvəl İranın obyektlərinə zərbələr endirmək üçün mümkün variantlar hazırlamaq tapşırığı verib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir.
Nəşrin mənbələrinin sözlərinə görə, "Ağ Ev" Pentaqondan aralıq seçkilərdən əvvəl həyata keçirilə biləcək İran obyektlərinə zərbələr üçün müxtəlif variantlar hazırlamağı istəyib.
Həmsöhbətlər bildiriblər ki, mümkün zərbələrin miqyası və hədəfləri, eləcə də administrasiyanın sonda hərbi əməliyyata başlayıb-başlamayacağı hələ müzakirə olunur.
“Bu, prezidentin qələbə qazandığı təəssüratını yaradardı və benzinin qiymətləri də aşağı düşməyə başlayardı”, — deyə Respublikaçılar Partiyasının adının açıqlanmasını istəməyən üzvü nəşrə bildirib.
Mənbələrdən biri dəqiqləşdirib ki, planları ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hazırlayır.
"The Atlantic" əlavə edir ki, məhdudmiqyaslı əməliyyatdan sonra aralıq seçkilərdən sonra daha geniş hərbi əməliyyatlar keçirilə bilər.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031