6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan: “Sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirmək lazımdır”

13-oktyabr-2026, 10:14
Paşinyan: “Sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirmək lazımdır”
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni video yayımlayıb.

“PostMedia” xəbər verir ki, Baş nazir videonun şərhində “Sülh sazişini imzalamaq və ratifikasiya etmək” sözlərini yazıb.

Paşinyanın sözlərinə görə, yaxın dövrdə Azərbaycanla paraflanmış Sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirmək lazımdır.

“Bu baş verdikdə, Ermənistan dövlətçiliyinin əbədiliyinin təməl daşını qoyduğumuzu bəyan edə biləcəyik”, – baş nazir bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031