6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran və Oman Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutları razılaşdırıb

08-oktyabr-2026, 08:44
İran və Oman Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutları razılaşdırıb
Yazı Ölçüsü:

Oman və İran Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın vaxtlarda təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər.

"PostMedia" "İRNA" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“İran və Oman arasında məsləhətləşmələr prosesi uğurla davam edir. Hörmüz boğazında təhlükəsiz ikitərəfli marşrutların coğrafi koordinatlarının razılaşdırılması ilə yanaşı, tərəflər bu məsələnin müvafiq beynəlxalq quruma necə təqdim olunacağı barədə də razılığa gəliblər”.

O əlavə edib ki, plan “yaxın vaxtlarda” təqdim olunacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031