6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cənubi Koreya hərbi əsirlər ətrafında yaranan qalmaqala görə Ukraynadan səfirini geri çağırıb

08-oktyabr-2026, 19:06
Cənubi Koreya hərbi əsirlər ətrafında yaranan qalmaqala görə Ukraynadan səfirini geri çağırıb
Yazı Ölçüsü:

Cənubi Koreya Ukraynadan səfirini geri çağırmaq qərarına gəlib. Buna Kiyevin Seula iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı ictimaiyyətə açıqlaması fonunda yaranmış diplomatik münaqişə səbəb olub.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, söhbət 2025-ci ilin yanvarında Rusiya tərəfində Kursk vilayətində gedən döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülmüş iki KXDR hərbçisindən gedir. Sentyabrın ortalarında onlar Cənubi Koreyaya gəlib və burada sığınacaq istəyiblər.

Hərbi əsirlərin təhvil verilməsi barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışı zamanı açıqlayıb. Bundan sonra Seul Kiyevi məlumatın ictimailəşdirilməməsi barədə razılaşmanı pozmaqda ittiham edib.

Cənubi Koreya hakimiyyəti məxfiliyin məhz hərbçilərin və Şimali Koreyada qalan onların yaxınlarının təhlükəsizliyi üçün zəruri olduğunu bildirir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, hərbi əsirlərin təhvil verilməsinin gizli saxlanılmasını ilk olaraq Ukrayna tərəfi təklif edib.

Lakin Kiyev məlumatın açıqlanmaması barədə hər hansı razılaşmanın mövcudluğunu təkzib edir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa daha əvvəl vəziyyəti diplomatik anlaşılmazlıq adlandırıb və Kiyevin məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Seul Ukraynadan rəsmi izahat və üzr istəyib. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, ukraynalı həmkarından üzr ehtiva edən mesaj alıb, lakin Cənubi Koreya tərəfi bununla kifayətlənməyib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi fikir ayrılıqlarının həll olunacağını gözlədiyini və Kiyevlə məsləhətləşmələri davam etdirəcəyini bildirib. Bununla yanaşı, səfir Pak Ki Çanın Seula qayıdacağı dəqiq tarix açıqlanmayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031