6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

Kaliforniya sahillərində helikopter qəzaya uğrayıb

01-oktyabr-2026, 12:52
Kaliforniya sahillərində helikopter qəzaya uğrayıb
Yazı Ölçüsü:

ABŞ-nin Kaliforniya ştatında Santa-Katalina adası yaxınlığında tibbi aviasiyaya məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib.

"PostMedia" xəbər verir ki, bu barədə oktyabrın 1-də “NBC4” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Ən azı dörd nəfər helikopterdən və sudan çıxarılaraq xəstəxanaya aparılıb”, – xəbərdə qeyd olunub.

Yaralılardan ikisinin vəziyyətinin stabil olduğu bildirilir. Digər iki nəfərin səhhəti barədə isə hələlik məlumat yoxdur.

Bundan əlavə, qəza nəticəsində ən azı bir nəfərin itkin düşdüyü bildirilir. Hadisə yerinə ABŞ Sahil Mühafizəsinin əməkdaşları və dalğıclar göndərilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031