6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ermənistanda azərbaycanlı hərbçi yerli sakini güllələyib, saxlanılıb

01-oktyabr-2026, 17:05
Ermənistanda azərbaycanlı hərbçi yerli sakini güllələyib, saxlanılıb
Yazı Ölçüsü:

Ermənistanın Sünik vilayətinin Sisian icmasına daxil olan Şaki yaşayış məntəqəsində Azərbaycan hərbçisinin Ermənistan vətəndaşının ayağına atəş açdığı bildirilir.

"PostMedia"nın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbçisinin naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə məlumat verib.

Məlumatda onun Ermənistan ərazisinə qanunsuz daxil ola biləcəyi istisna edilməyib. Bundan sonra Ermənistan və Azərbaycanın aidiyyəti qurumları axtarış tədbirləri həyata keçiriblər.

Oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin 112 operativ idarəetmə mərkəzinə Şaki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllələnməsi barədə məlumat daxil olub.

Hadisə yerinə polis bölmələrinin əməliyyat qrupları göndərilib və hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisəni Azərbaycan hərbçisinin törətdiyini və onun saxlanıldığını açıqlayıb.

Hadisə ilə bağlı məlumat Azərbaycan tərəfinə də təqdim edilib. Ermənistan İstintaq Komitəsində faktla bağlı cinayət işi başlanıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031