ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli istiqamətində fəal şəkildə çalışdığını bildirib.
"PostMedia" xəbər verir ki,Tramp bunu Texasda keçirilən seçki mitinqində çıxışı zamanı bildirib.
“O, İranla razılaşma üzərində işləyir”.
Onun sözlərinə görə, İran tərəfi “razılaşma əldə etmək üçün hər şeydən güzəştə getməyə hazırdır”.
Tramp Uitkoffu əla danışıqlar aparan şəxs adlandırıb.
“Hamı Stiv Uitkoffu sevir”, — deyə ABŞ prezidenti bildirib və xüsusi nümayəndənin müxtəlif danışıqlardakı tərəfdaşlarını nəzərdə tutub.
Əvvəlcə Uitkoff Trampın tapşırığı ilə Yaxın Şərq məsələləri, xüsusilə də Fələstin-İsrail münaqişəsi üzrə fəaliyyət göstərirdi. Daha sonra o, İran məsələsi üzrə əsas danışıqlar aparan şəxslərdən birinə çevrilib. Bundan əlavə, Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təmaslara da cəlb olunub.