6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Pezeşkian: "İran Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırdır"

09-oktyabr-2026, 17:41
Pezeşkian: "İran Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırdır"
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

"PostMedia" xəbər veir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti və Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məsələlərinə həsr olunmuş regional sammit çərçivəsində keçirilib.

Görüş zamanı İran Prezidenti Tehran və İrəvan arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb və ikitərəfli münasibətlərin bütün sahələrdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

O, iki qonşu ölkə arasında daha sıx qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək, İran və Ermənistanın əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirməli olduğunu deyib.

Pezeşkian, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində koordinasiyanın, qarşılıqlı anlaşmanın və daimi ünsiyyətin rolunu vurğulayıb.

İran Prezidenti bildirib ki, daha sıx koordinasiya və əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə, anlaşmanın dərinləşməsinə və ikitərəfli münasibətlərin daha da güclənməsinə kömək edəcək.

O, Tehran və İrəvan arasında sabit və uzunmüddətli münasibətlərin qorunmasının zəruriliyini də qeyd edərək, İranın Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu təsdiqləyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031