ABŞ-nin dairə məhkəməsi Prezident Donald Trampın administrasiyasının vergi ödəyicilərinin vəsaiti hesabına çəkilmiş televiziya reklamının yayımlanmasını dərhal dayandırmalı olduğuna dair qərar qəbul edib.
"PostMedia" xəbər verir ki, bu məhkəmə sənədlərindən məlum olur.
“Cavabdehlərə mübahisəli reklamın yayımlanması və ya yayılması üçün nəzərdə tutulmuş istənilən efir vaxtlarının, yerləşdirmələrin, bronların və ya razılaşmaların ləğv edilməsi, yaxud onların ləğvinin təmin olunması, o cümlədən 2026-cı il oktyabrın 11-i axşamına planlaşdırılan yayımların dayandırılması tapşırılsın”, – deyə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin qərarında bildirilir.
Bundan əvvəl “The Washington Post” qəzeti federal xərclərlə bağlı məlumatlara istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası büdcə ehtiyacları üçün ayrılmış vəsaitlərdən seçki kampaniyası üslubunda televiziya reklamı hazırlamaq məqsədilə istifadə edir.
Tramp büdcə vəsaitlərindən istifadəyə dair tənqidlər fonunda “Truth Social” sosial şəbəkəsində belə bir reklamın xərcini şəxsi vəsaiti və onun siyasi komitəsi olan MAGA Inc. tərəfindən toplanmış ianələr hesabına ödəmək niyyətində olduğunu yazıb.