6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Aİ Ermənistan məhsullarına müvəqqəti ticarət güzəştləri təqdim etmək barədə sənəd imzalayıb

08-oktyabr-2026, 10:54
Aİ Ermənistan məhsullarına müvəqqəti ticarət güzəştləri təqdim etmək barədə sənəd imzalayıb
Yazı Ölçüsü:

Avropa Parlamentinin sədri Roberta Metsola və İrlandiyanın Avropa məsələləri və müdafiə naziri Tomas Börn Ermənistan məhsulları üçün müvəqqəti ticarət güzəştləri müəyyən edən qanunvericilik aktını imzalayıblar.

"PostMedia" xəbər verir ki, mərasimdə Avropa Parlamentində Ermənistan məsələləri üzrə məruzəçi Boqdan Zdroyewski də iştirak edib.

Qaydalara əsasən, iki il müddətinə Ermənistan məhsullarının geniş çeşidinə tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsi nəzərdə tutulur. Güzəştlər emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla, 300-dən çox məhsul qrupuna şamil edilir. Sənəddə həmçinin Aİ istehsalçıları üçün qoruyucu mexanizmlər nəzərdə tutulur.

Qayda Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və dərc edildikdən sonrakı gün qüvvəyə minəcək. Qanunvericilik proseduru sürətləndirilmiş qaydada, iyulun 2-dən oktyabrın 7-dək olan müddətdə həyata keçirilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031