ABŞ Prezidenti Donald Tramp miqrasiyanın Fransanı məhv etdiyini bildirib və ölkə hakimiyyətinin onun sözlərinə görə, “öz ölkələrini sevməyən” insanların Fransaya gəlməsinə icazə verməsindən sonra ölkənin bərpasının asan olmayacağı barədə xəbərdarlıq edib.
"PostMedia" xəbər verir ki, bunu Tramp jurnalistlərə deyib.
“Bilirsiniz, Fransadakı vəziyyət. Bu, çox kədərlidir. Fransada baş verənlər. Çünki Fransada baş verənlər miqrasiya ilə bağlıdır. Nə məktəblərlə, nə də başqa bir şeylə. Məhz miqrasiya ilə”, - ABŞ Prezidenti vurğulayıb.
Tramp bildirib ki, hələ ilk prezidentlik müddətində Fransa Prezidenti Emmanuel Makronu sərhədlərin etibarlı qorunmasından imtina etməyin ciddi problemlərə səbəb olacağı barədə xəbərdar edib.
Onun sözlərinə görə, Paris tezliklə müsəlman şəhərinə çevriləcək. O qeyd edib ki, Makron miqrant axınına icazə verməklə və sərhədlərin lazımi qaydada qorunmasını təmin etməməklə səhvə yol verib.
Makronun İran müharibəsinə görə məsuliyyəti Trampın üzərinə qoyduğu və münaqişəni Fransadakı iğtişaşlarla əlaqələndirdiyi barədə yayılan məlumatlarla bağlı suala cavab verən ABŞ Prezidenti bu cür şərhi rədd edib.
“Onun indi belə düşündüyünü zənn etmirəm. Düşünürəm ki, bunlar saxta xəbərlərdir”, - Tramp bildirib.
Makronu dostu adlandıran ABŞ Prezidenti Fransa liderinə miqrasiya siyasətinin nəticələri barədə çoxdan xəbərdarlıq etdiyini söyləyib.
“Mən ona çoxdan demişdim: “Sən Fransada böyük səhv edirsən. Dünyanın hər yerindən insanların gəlməsinə icazə verirsən. Bütün dünya sizin yanınıza gəlirdi. Və bildiyiniz kimi, Paris çox tezliklə müsəlman şəhərinə çevriləcək. Halbuki biz bununla bağlı heç bir razılığa gəlməmişdik. Bu, razılaşmanın bir hissəsi deyildi”, - Tramp əlavə edib.
Trampın sözlərinə görə, o, ABŞ liderinin ilk prezidentlik müddətində, bir neçə il əvvəl baş tutan ilk görüşləri zamanı Makronu sərhədləri bağlamağa çağırıb.
Onun fikrincə, ölkəyə girişə nəzarətin olmaması qaçılmaz olaraq problemlərə səbəb olacaq.
“Sizin yalnız problemləriniz olacaq. Və onların həqiqətən də çoxlu problemləri var”, - Tramp bildirib.
O, həmçinin Fransa hakimiyyətini ölkəyə, iddiasına görə, həmin ölkəyə bağlılıq hiss etməyən insanları buraxmaqda ittiham edib.
“Onlar öz ölkələrinə həmin ölkəni sevməyən insanları buraxırlar. Onlar həmin ölkənin binalarını sevmirlər. Onlar həmin ölkənin incəsənətini sevmirlər”, - ABŞ Prezidenti deyib.
Trampın sözlərinə görə, o, Makronu belə siyasətin ölkənin məhvinə səbəb ola biləcəyi barədə xəbərdar edib.
“Hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq çətin olacaq. Amma ümid edirəm ki, Fransa bərpa oluna biləcək”, - ABŞ Prezidenti fikrini yekunlaşdırıb.