6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Əraqçi: "Ermənistanlı tərəfdaşlarımıza güvənirik, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmırlar"

16-oktyabr-2026, 13:07
Əraqçi: "Ermənistanlı tərəfdaşlarımıza güvənirik, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmırlar"
Yazı Ölçüsü:

“Regionda və ətrafımızda ABŞ-nin istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Lakin konkret bu məsələdə erməni dostlarımızla sıx əlaqədəyik və onlara güvənirik”.

"PostMedia" xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Ermənistan KİV-lərinin sualını cavablandırarkən, Ermənistan rəsmilərinin son səfərlərini və iki ölkə arasında aparılan son danışıqları nəzərə alaraq, İranın regionda ABŞ-nin mövcudluğu ilə bağlı narahatlığının olub-olmaması barədə suala cavabında bildirib.

“Biz bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər. Buna görə də Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Mənim çox yaxşı dostum olan Ermənistanın xarici işlər naziri Tehranda idi. Yaxşı məsləhətləşmələr apardıq. Bu gün isə bizim prezidentimiz Ermənistanın baş naziri ilə görüşəcək. Biz sıx əlaqədəyik”, – Əraqçi qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031