“Türkiyə ilə su sahəsində əməkdaşlıq potensialımız var”.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da COP17 çərçivəsində keçirilən sammitdə bildirib.
Onun sözlərinə görə, İrəvan və Ankara arasında bu sahədə artıq müəyyən təcrübə mövcuddur. Paşinyan iki ölkənin sərhədində su anbarının olduğunu qeyd edib.
Baş nazir ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsində dəyişikliklərin olacağına ümid etdiyini bildirib.