6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Nyu-Meksiko ştatının adının "Yeni Amerika" olaraq dəyişdirilməsini təklif edib

20-oktyabr-2026, 03:55
Tramp Nyu-Meksiko ştatının adının "Yeni Amerika" olaraq dəyişdirilməsini təklif edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsini yenidən təklif edib.

"PostMedia" xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında ştatın hakimiyyətini “dərhal onun adını Yeni Amerika olaraq dəyişdirməyə” çağırıb.

Trampın sözlərinə görə, yeni ad Nyu-Meksikonun dəyərini və nüfuzunu “əhəmiyyətli dərəcədə artıracaq”. O, həmçinin heç bir sübut təqdim etmədən ad dəyişikliyi nəticəsində mənzil qiymətlərinin və sakinlərin gəlirlərinin artacağını iddia edib.

“Bəlkə də Nyu-Meksikonun məşhur olduğu vicdansız seçkilər yenidən dürüst ola bilər”, - ABŞ Prezidenti yazıb.

Bu, Trampın ştatın adının dəyişdirilməsini təklif etdiyi ilk hal deyil. Ötən ay o, “Truth Social”da bir çox insanın adın dəyişdirilməsini təklif etdiyini bildirərək “Yeni Amerika” adının ştat sakinləri üçün “daha nüfuzlu və gözəl səslənəcəyini”, ştatın isə böyük potensiala malik olduğunu vurğulayıb.

Sentyabr ayında Tramp başqa bir paylaşımında Nyu-Meksikonun xəritəsini yayımlayıb. Xəritədə ştatın əvvəlki adı qırmızı xaçla silinib, aşağı hissəsində isə “Yeni Amerika” yazılıb.

Tramp daha əvvəl də coğrafi obyektlərin adlarının dəyişdirilməsini təşəbbüs edib. 2025-ci ilin yanvarında o, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi haqqında fərman imzalayıb. 2026-cı ilin avqustunda isə Kanada ilə ticarət qarşıdurması fonunda Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsini təklif edib.

Bununla yanaşı, “Amerika körfəzi” və “Amerika gölü” yeni adları ABŞ-ın federal hakimiyyət orqanları və onların qurumları üçün məcburidir. ABŞ şirkətləri və digər dövlətlər isə bu adlardan istifadə etməyə borclu deyillər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031