6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

ABŞ Hərbi Dəniz Qüvvələri İran yaxınlığında döyüş gəmilərinin sayını 21-ə çatdırıb

27-oktyabr-2026, 11:44
ABŞ Hərbi Dəniz Qüvvələri İran yaxınlığında döyüş gəmilərinin sayını 21-ə çatdırıb
Yazı Ölçüsü:

ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın bilavasitə yaxınlığında yerləşən gəmi qruplaşmasının sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarından məlum olub.

Hazırda Ərəbistan dənizində, İranın cənub-şərqində, ABŞ-ın iki aviadaşıyıcı zərbə qrupu döyüş növbətçiliyi aparır. Qruplaşmalara “USS George Washington” və “USS George H. W. Bush” aviadaşıyıcıları rəhbərlik edir.

Məlumata görə, aviadaşıyıcıların hər birində 48 qırıcı təyyarə yerləşdirilib.

Aviadaşıyıcılarla yanaşı, İran yaxınlığında bir kreyser, 11 raket esminesi və dəniz piyadalarının ekspedisiya batalyonunu daşıyan üç iri desant gəmisi mövcuddur.

Eyni zamanda, Yəməndəki münaqişə fonunda Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki raket esminesi fəaliyyət göstərir.

Daha iki Amerika esminesi isə Hind okeanının şimal-qərb hissəsində yerləşir.

Qeyd olunur ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da regionda 20-dən çox Amerika döyüş gəmisi qeydə alınmışdı.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031