6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib - WP

22-oktyabr-2026, 13:32
"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib - WP
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Britaniyanın “The Independent” nəşrinin müxbirini prezidentin səfərlərini müşayiət edən jurnalistlər qrupundan kənarlaşdırıb.

"PostMedia" xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev ötən gün jurnalistə Trampın Ayova ştatına səfərini işıqlandıra bilməyəcəyini bildirib. Nəşr bunu hakimiyyətin “bəyənmədiyi nəşrlərə təzyiq göstərmək” cəhdlərinin növbəti addımı kimi qiymətləndirir.

Bundan əlavə, həftənin əvvəlində Ağ Ev “Politico” nəşrinin baş redaktoru Conatan Qrinberqerə xəbərdarlıq məktubu göndərib. Ondan administrasiya rəhbəri Syuzi Uayls haqqında “böhtan xarakterli məqalələri” dəyişdirmək tələb olunub. Əks halda, jurnalistlərin Oval kabinetə, prezident təyyarəsinə və mühafizə olunan digər məkanlara girişinin məhdudlaşdırılacağı ilə hədələniblər.

“Politico” ittihamların bir qismini təkzib edib, lakin materiallardan birində həqiqətən səhvlərə yol verildiyini etiraf edərək həmin yazıya düzəliş edib.

Bundan əvvəl “The New York Times” Trampın keçmiş mətbuat katibi Kerolayn Livittə jurnalistləri Ağ Evdən “qovmağı”, brifinq zalının yerində isə bağlı üzgüçülük hovuzunu bərpa etməyi təklif etdiyini yazmışdı.

Bundan əvvəl ABŞ prezidenti administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını iddia edərək CNN, MS NOW telekanallarının və “Politico” nəşrinin jurnalistlərini akkreditasiyadan məhrum etmək niyyətində olduğunu açıqlamışdı. Sözügedən media qurumlarının nümayəndələri məhkəməyə müraciət edib. Məhkəmə isə araşdırma başa çatana qədər jurnalistlərin giriş hüququnun saxlanılması barədə qərar verib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031