6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Finlandiya prezidenti: "Ermənistan və Azərbaycanın Aİ-yə üzvlüyü gələcək inkişaflarından asılı olacaq"

27-oktyabr-2026, 09:24
Finlandiya prezidenti: "Ermənistan və Azərbaycanın Aİ-yə üzvlüyü gələcək inkişaflarından asılı olacaq"
Yazı Ölçüsü:

"Avropa İttifaqının genişlənməsi xarici siyasətin ən mühüm məsələlərindən biridir".

"PostMedia" xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb bildirib.

“Mənim təsəvvürümə görə, 30 ildən sonra Avropa İttifaqının təxminən 40 üzv dövləti olacaq. Bu, dünyadakı bütün dövlətlərin 20 faizi deməkdir.

Üzvlük formatları fərqli olacaq, necə ki, bu gün də belədir.

Bütün ölkələr avronu öz valyutası kimi istifadə etməyəcək. Bununla belə, Aİ indikindən xeyli böyük olacaq. Şəxsən mən Qərbi Balkanların bütün ölkələrini, Ukraynanı və Moldovanı onun tərkibində görmək istərdim. Təbii ki, İslandiya, Norveç, İsveçrə və Birləşmiş Krallığın da Aİ-yə qoşulmasını istərdim. Kanada isə ən azı assosiativ üzv olacaq.

Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi digər ölkələrə gəlincə, bu, onların gələcək inkişafından asılı olacaq”, – deyə o qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031