Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç özünün "Birləşmiş Serbiya" koalisiyasının növbədənkənar parlament seçkilərində məğlubiyyətini etiraf edib. Onun sözlərinə görə, qələbə müxalifətin "Tələbə siyahısı" alyansının olub.
"PostMedia" xəbər verir ki, Vuçiç Serb Tərəqqi Partiyasının qərargahında bildirib.
"Hələ yekun nəticələrimiz yoxdur. Seçmə nəticələrinə əsasən, bu seçkilərdə məğlub olduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib. Onlar 135–140 mandat, biz isə 105 mandat əldə edəcəyik".
Ipsos/CeSID-in ilkin məlumatlarına görə, "Tələbə siyahısı" 52% səslə (138 mandat) liderlik edir. Vuçiçin koalisiyası isə 39,3% səslə (104 mandat) geri qalır. Bu nəticə müxalifət hərəkatına parlamentdə mütləq çoxluğu təmin edir. Bunun üçün ən azı 126 mandat tələb olunur.
Vuçiç koalisiyasının məğlubiyyətində ABŞ-nin "dərin dövlətini" və ABŞ Prezidenti Donald Trampa qarşı çıxan Avropa İttifaqı qüvvələrini günahlandırıb. O, rəqiblərini "kiminsə suveren dövləti dağıtmaq üçün hazırladığı çirkli işlərin icraçıları" adlandırıb.
"Cəmi bir neçə ay keçəcək və artıq martda və ya apreldə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq ediləcək. Onlar əvvəllər susmağa üstünlük verdikləri hər şeyi edəcəklər, yalan danışdıqları məsələlərin hamısını həyata keçirəcəklər. Çünki, bir daha təkrar edirəm, onlar sadəcə podratçılardır və başqa heç kimdirlər", — deyə Vuçiç bildirib.
Bununla yanaşı, "Tələbə siyahısı"nın nümayəndələri sentyabr ayında seçkilərdə qalib gələcəkləri təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəklərini vəd etmişdilər. Hərəkatın xarici siyasət proqramında da müvafiq mövqe əksini tapmışdı.
Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. Sentyabrın sonunda səlahiyyətlərini tərk edən Vuçiç seçkilərdə uğur qazanacağı təqdirdə ölkə hökumətinə rəhbərlik etməyi planlaşdırırdı.
"Tələbə siyahısı" cəmi bir ay əvvəl rəsmi qeydiyyatdan keçmişdi. Bu seçki alyansı 2024-cü ildə kütləvi etirazlar zamanı yaranmış "Blokadada olan tələbələr" birliyinin fəalları tərəfindən yaradılıb.
"Tələbə siyahısı»nın qələbəsi münasibətilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta artıq təbriklərini çatdırıblar. Onlar Serbiyada islahatlara dəstək verməyə və respublikanın Avropa İttifaqındakı "gələcəyinin qurulması" istiqamətində birgə işləməyə hazır olduqlarını bildiriblər.