6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

Niderland Azərbaycan və Ermənistana itkin düşənlərin axtarışı üçün maliyyə dəstəyi göstərəcək

27-oktyabr-2026, 12:27
Niderland Azərbaycan və Ermənistana itkin düşənlərin axtarışı üçün maliyyə dəstəyi göstərəcək
Yazı Ölçüsü:

Niderland Azərbaycan və Ermənistana itkin düşən şəxslərin axtarışı işlərinə maliyyə dəstəyi ayıracaq.

"PostMedia" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda açıqlama verib.

Nazir bildirib ki, Niderland iki ölkənin münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları alqışlayır.

“Regionda sülhün bərqərar olması istiqamətində Ermənistanın atdığı addımları alqışlayıram. Bu prosesin sülh sazişinin imzalanması ilə başa çatması çox vacibdir”, – deyə Berendsen qeyd edib.

O, həmçinin Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı məqsədilə Azərbaycan və Ermənistana yeni maliyyə dəstəyinin ayrılacağını vəd edib.

Niderlandın xarici işlər naziri Ermənistan xalqının sülh yolunu seçmək qərarını və Avropa ailəsi ilə daha sıx əməkdaşlığa can atmasını da müsbət qiymətləndirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031